1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Astra”nın baş məşqçisi: “Zirə” ilə oyunda favorit olmaq üçün güclənməliyik”
"Astra” Avropa Liqasının II təsnifat mərhələsində favorit ola bilər. Lakinin bunun üçün komandanın güclənməsinə ehtiyac var”.
Sportnet.az-ın məlumatına görə, bunu news.ro saytına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanacağı halda "Zirə”nin rəqibi olacaq Rumıniyanın "Astra” klubunun baş məşqçisi Eduard Yordanesku deyib.
39 yaşlı mütəxəssis bildirib ki, I təsnifat mərhələsində "Zirə” ilə Lüksemburq "Differdanj"ının görüşlərini izlədikdən sonra buna uyğun plan quracaqlar: "Səmimi olmalıyam, hazırda problemlərimiz var. Potensial rəqiblərimizin öz aralarındakı oyunları izlədikdən sonra buna uyğun plan quracağıq. Əgər bəzi mövqelərə futbolçu tapa bilsək, uğur qazana bilərik. Hazırda Sloveniya toplanışında 16-17 oyunçumuz var. Onların çoxu cavandırlar, II və III liqalarda çıxış ediblər. Bizi çətin sınaqlar gözləyir. Rəhbərlik yeni transferlərlər bağlı bəzi vədlər verib. Ümid edirəm ki, tez formalaşacağıq. Tələblərim çox yüksəkdir. Rumıniyanın ən yaxşı komandaları sırasında olmaq istəyirik”.
Qeyd edək ki, "Zirə" Avroliqanın I təsnifat mərhələsində Lüksemburq "Differdanj"ı ilə üz-üzə gələcək. İlk oyun iyunun 29-da evdə, cavab görüşü iyulun 6-da səfərdə olacaq. Bu cütün qalibi isə II təsnifat mərhələsində "Astra”ya rəqib olacaq.