"Qarabağ”ın Avstriyada davam edən hazırlıq prosesinə Dani Kintana da qoşulub. Sportnet.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçinin yaxın günlərdə fərdi məşqlərə başlayacağı gözlənilir.
Kintana ötən mövsüm fevralın 3-də AZAL-la matçda zədələnib. Əməliyyat olunan təcrübəli futbolçu 4 aydır yaşıl meydanlardan kənarda qalıb.