1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Adrian Skarlatake: "Zirə" "Astra"nı da keçə bilər"
"Mən "Mladost"la tanış deyiləm. Amma yaxşı komanda olduğunu eşitmişəm".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı "İnter"inin futbolçusu Adrian Skarlatake deyib. 31 yaşlı müdafiəçi Serbiya təmsilçisi ilə Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarında şansları yarıbayarı qiymətləndirib.
Rumıniyalı legioner "Zirə"nin potensial rəqibi olan Curcu "Astra"sı barədə də fikirlərini bölüşüb. "İnter"ə keçənədək 2015-2016 mövsümündə "Astra"nın heyətində Rumıniya çempionluğu qazanan Skarlatake keçmiş komandasının əvvəlki kimi güclü olmadığını bildirib: "Fikrimcə, "Zirə" ötürmələrlə oynasa, bu, "Astra" üçün çətin olacaq. Digər tərəfdən, bir çox yaxşı futbolçu bu il komandanı tərk edib. "Astra" ötənilki kimi güclü deyil. "Zirə"nin mərhələ adlamaq üçün yaxşı şansı var".
Qeyd edək ki, "İnter" Serbiya "Mladost"u ilə ilk oyunu iyunun 29-da səfərdə, cavab görüşünü bundan bir həftə sonra evdə keçirəcək. "Zirə" isə Lüksemburq "Differdanj"ını mübarizədən kənarlaşdırsa, Avroliqanın II təsnifat mərhələsində "Astra" ilə üz-üzə gələcək. Bu mərhələnin qarşılaşmaları iyulun 13-də və 20-də olacaq.