1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Ludoqorets"in baş məşqçisi "Qəbələ"nin futbolçularını qınadı
"Nəticənin qeydinə elə də qalmırıq. Amma bu, özümüzə qiymət vermək baxımından gərəklidir. İsti hava şəraitinə rəğmən, futbolçularımız yaxşı çıxış etdilər".
Sportnet.az xəbər verir ki, bunu Bolqarıstan "Ludoqorets"inin baş məşqçisi Georgi Dermenciyev Avstriyada "Qəbələ"ni 2:0 hesabı ilə yendikləri yoxlama matçı barədə danışarkən deyib. 62 yaşlı mütəxəssis bildirib ki, bu, ilk yoxlama matçı olduğundan, komandasının hazırkı durumu yaxşıdır. Amma onlar fiziki baxımdan elə də yaxşı vəziyyətdə deyillər: "Həm ilk yarıda, həm də fasilədən sonra çatışmazlıqlar var idi. Bu, topa sahib olmada özünü daha çox büruzə verirdi. Amma qarşıda hələ 5 yoxlama oyunumuz var. Bunlar bizə oyun səviyyəmizi yüksəltmək baxımından kömək edə bilər".
Dermenciyev "Qəbələ"nin futbolçuları ilə münaqişənin əsas səbəbkarı olan Kafunu müdafiə edib. Onun fikrincə, braziliyalı oyunçuya qarşı iki dəfə kobudluq edilsə də, baş hakim cərimə zərbəsi təyin etməyib.