"Sumqayıt” komandası 2017/2018 mövsümü üçün hazırlığa start verib. Sportnet.az-ın məlumatına görə, komanda üzvləri baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena”da mövsümə hazırlıq məqsədi ilə ilk məşqini keçirib.
Kollektiv yeni transferlər də daxil olmaqla, tam heyətlə hazırlaşıb. Yalnız bərpa prosesi keçən müdafiəçi Vaquf Güləliyev fərdi məşqlərlə kifayətlənib. "Sumqayıt” hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu iyulun 2-də "Səbail”ə qarşı keçirəcək.
Qeyd edək ki, məşqdən sonra "Sumqayıt" rəhbərliyi jurnalistlər üçün iftar süfrəsi açıb.