1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə"nin oyunu gənc referiyə tapşırıldı
Futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Zirə” komandasının Lüksemburq "Differdanj”ı ilə səfərdə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatları açıqlanıb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma qazaxıstanlı hakimlər briqadasına tapşırılıb.
Baş hakim Daniyar Saxiyə Yuri Tixonyuk və Alibek Aubakirov yan xətt, Marat İskakov dördüncü hakim qismində yardımçı olacaq. UEFA nümayəndəsi türkiyəli Cem Cenk, hakim-inspektor moldovalı İqor Satkidir.
26 yaşlı Daniyar Saxi bu ilin yanvarından beynəlxalq dərəcəli hakim adına yiyələnib. O, martın sonlarında 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit raundunun 2 görüşünü idarə edib. Bu qarşılaşmalarda Ukrayna Hollandiyaya 0:2, Finlandiyaya isə 1:2 hesabı ilə uduzub. Saxi 1 penalti, 3 sarı vərəqə ilə yadda qalıb.
Qeyd edək ki, "Zirə" - "Differdanj" görüşü iyunun 29-da "Dalğa Arena”da keçiriləcək.