Bakı "İnter"i Serbiyada "Mladost"la keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu öncəsi ilk məşqə Pojeqa qəsəbəsində "Sloqa" klubuna məxsus stadionda çıxıb.
Sportnet.az-ın məlumatına görə, "Mladost"la oyuna sifariş olunan 23 futbolçudan 2-si - Ricat Qarayev və Qara Qarayev Bakıda qaldıqları üçün hazırlıq prosesində yer almayıblar. Q.Qarayev zədəli olduğu üçün səfərə çıxmayıb. R.Qarayevin hansı səbəbdən Serbiyaya aparılmadığı məlum deyil. Hazırda heyətdə 21 oyunçu yer alıb ki, onlardan da 3-ü qapıçıdır.
Bu gün isə komanda oyunun keçiriləcəyi "Luçani" stadionunda məşqə çıxacaq. Səfərə komanda ilə birgə yollanmayan Klubun Müşahidə Şurasının sədri Zaur Axundovun da məşqədək yetişəcəyi gözlənilir. İcraçı direktor Rəmiş Malıyev isə təşkilati işlərlə əlaqədar Bakıda qalıb.
Qeyd edək ki, iyunun 29-da keçiriləcək "Mladost" - "İnter" matçı Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Cavab görüşü iyunun 6-da Bakıdakı "Dalğa Arena"da olacaq.