
Polşanın "Krakovya" klubu Azərbaycan Premyer Liqasında çıxış etmiş iki oyunçu ilə müqavilə bağlayıb. Sportnet.az-ın məlumatına görə, "Neftçi"nin sabiq qapıçısı Miçal Peşkoviçlə "Qəbələ"nin keçmiş hücumçusu Sergey Zenyov komanda yoldaşı olublar.
Zenyov son iki mövsümdə "qırmızı-qara" forma geyinib. Peşkoviç isə 2015-2016 mövsümünün ilk yarısında "ağ-qara" forma ilə oyunlara çıxıb.
Hər iki oyunçu 1 illik anlaşmaya imza atıblar.