
"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov Latviyada çıxış etməyə yaxın olub. Sportnet.az-ın məlumatına görə, yola saldığımız mövsümü "Sumqayıt"da başa vurmuş gənc hücumçu özünü yaxşı tərəfdən göstərdiyindən "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev onu müqavilə ilə məxsus olduğu komandaya qaytarıb. Halbuki Mirabdulla Abbasov Latviyanın iddialı klublarından birinə keçə bilərmiş. Ancaq "Neftçi"dən "geri dön" mesajını alan forvard sonda seçimini "ağ-qaralar"dan yana edib.