İspaniya çempionatında futbol klublarının transfer xərcləri ardıcıl iki ildir artır. Sportnet.az-in yerli mətbuata istinadən məlumatına görə, bu il yay keçidlərinə 471,7 milyon avro sərf olunub.
Bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 60.4 milyon avro çox olub. Transfer pəncərəsi bu gün səhər bağlanıb. Xərclərin böyük hissəsini 10 yeni oyunçu ilə 112,1 milyon avroluq saziş bağlayan "Atletiko", sonrakı yerləri 4 futbolçu alan "Real Madrid" və 7 oyunçu dəvət edən "Barselona" çəkib.