Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello Azərbaycan yığması ilə yoldaşlıq görüşü üçün start heyətini müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı mütəxəssisin özü oyun öncəsi mətbuat konfransında açıqlama verib.
Lakin o, heyəti jurnalistlərlə bölüşmək istəmədiyini bildirib. Kapello yalnız İqor Akinfeyevin qapıda duracağını bəyan edib.
Bununla yanaşı, təcrübəli mütəxəssis yeni oyunçular - Dmitri Poloz və Yuri Qazinskinin milliyə çağırılma səbəbini açıqlayıb: "Bunlar çox maraqlı oyunçulardır. Moskvada olduğum bir aydan çox müddətdə 15-dək matçı izləmişəm. Poloz və Qazinski özlərini parlaq çıxışları ilə büruzə veriblər. Onların çağırılmasını ədalətli sayıram. Çünki milli komanda oyunçusu üçün bütün keyfiyyətlərə malikdirlər. İndi hər şey özlərindən asılıdır".
Qeyd edək ki, sentyabrın 3-də "Ximki Arena"da keçiriləcək Rusiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.