
Sentyabrın 3-də İsrail, sentyabrın 9-da isə Portuqaliya yığması ilə Avropa çempionatının seçmə oyununu keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Hacı Əhmədov (Qarabağ) və Orxan Sadıqlı (Xəzər Lənkəran) zədə səbəbindən oyunlarda iştirak etməyəcək.
Əvəzində "Qarabağ" klubundan Ağaseyid Qasımov yığmaya dəvət olunub.