
Bu gün yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00), Moskva şəhərindəki "Ximki Arena"da Rusiya və Azərbaycan milliləri arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək. Sportnet.az-in məlumatına görə oyun İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki,qarşılaşmanı özbəkistanlı FIFA referisi Ravşan İrmatov idarə edəcək. Onun köməkçiləri həmyerliləri Abduhamidullo Rəsulov və Əlişer Usmanov olacaq.