
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Bernhard Lippertin istefa qərarına AFFA-dan reaksiya gəlib. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlama verib.
Məmmədov bildirib ki, İsraillə oyundan əvvəl Lippert istefa vermək niyyətini bəyan edib: "O yalnız fəaliyyətini texniki direktor kimi davam etdirmək istədiyini bildirdi. Amma, Lippertin bizimlə dekabradək müqaviləsi var. Bir çox məsələyə Portuqaliya ilə qarşıdakı oyundan sonra aydınlıq gətiriləcək".