1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kərim Diniyev: "Uzaqdan zərbə üçün fürsət axtarırdım" - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının IV turunun açılış matçında "İnter”ə 2:3 hesabı ilə məğlub olan "Kəpəz”in futbolçusu Kərim Diniyev jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi 65 metrdən vurduğu qolu da şərh edib.
- Əvvəlcə oyun barədə fikirlərinizi bildirərdiniz...
- Oyuna pis başladıq. Gözləmədiyimiz halda, ilk 32 dəqiqədən sonra 0:3 hesabı ilə geri düşdük. Standart vəziyyətlərdən sadə qollar buraxdıq. Sonra toparlanmağı bacardıq, 2 qol vurduq. İkinci hissədə tepi artırmalı idik, amma bacarmadıq. Geri dönüş edə bilmədik.
- Məğlub olsanız da, 65 metrdən gözəl qol vurdunuz...
- Oyun başlayandan fikir verirdim ki, rəqib qapıçısı Orxan Sadıqlı çox irəli çıxır. Uzadan zərbə endirmək üçün fürsət axtarırdım. Vurdum, qol oldu.
- Bu qol sizə əlavə motivasiya verəcək?
- Belə qollar tez-tez olmur. Qəbul etmək lazımdır, hər oyun vursam, qapıya girməz. İldə bir dəfə olan qoldur. Niyyətim qapı idi. Çünki Sadıqlının tez-tez qabağa çıxdığını görürdüm. Anı gözləyirdim.
- Bildiyimiz qədərilə məşqlərdə də bu cür zərbələr vurursunuz...
- Pis çıxmasın, normal zərbəm var. Çalışıram, vuram. Bu gün alındı.
- Məşqlər zamanı öz qapıçınıza belə qol vurmusunuz?
- Bu məsafədən vurmamışam.
- Bütün standart vəziyyətlərdə qapıya zərbə endirirdiniz. Bu, Sadıqlının boyunun balaca olması ilə əlaqədardır?
- Komandaya xeyir verəcək zərbə vurmağa çalışırdım.
- Bu, mövsümün qolu ola bilər?
- Hələlik danışmaq tezdir. Qarşıda 24 tur var.
- Daha sonra cərimə zərbəsindən də qapını nişan aldınız. Bu, qolun verdiyi inam idi?
- Belə də demək olar. Qoldan sonra inam gəlmişdi. O da pis alınmadı, təhlükəli oldu.
- Fasilədən sonra baş məşqçi bu cür zərbələri təkrarlamağınıza dair göstəriş verdi?
- Nəinki bu oyunda, bütün matçlara uzaqdan zərbə vurmağı tapşırır. Düzdür, bu məsafədən söyləmir. Deyir ki, nisbətən yaxından qapını yoxla.
- 4 turdan sonra 1 xalınız var...
- Vəziyyət yaxşı deyil. Oyun sarıdan problemimiz yoxdur. Üstün oynadıq. Sadəcə, qol vəziyyətlərindən istifadə edə bilmədik. Həmçinin, sürəti artırmağı bacarmadıq. İnanıram ki, düzələcək, yaxşı olacaq.