Azərbaycan Premyer Liqasında V turun "Qarabağ" - "Kəpəz" oyununu 30-dan çox qadın fanat da izləyir. Sportnet.az-ın məlumatına görə, zərif cinsin nümayəndələri sevimli komandalarının lehinə vaxtaşırı şüarlar səsləndirir.
Onların arasında Ağdam komandasının formasını geyinənlərlə yanaşı, arxasında "ANTİNEFTÇİ" yazılmış tərəfdar da diqqət çəkir.
Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0.









































































