"Qarabağ"ın futbolçusu Dani Kintana yenidən yaşıl meydanlara qayıdıb. Sportnet.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi "Kəpəz"lə Azərbaycan Premyer Liqasının V tur matçının 60-cı dəqiqəsində meydana daxil olub.
Zədəsini bərpa edən Kintana Pedro Enrikeni əvəzləyib.
Qeyd edək ki, Dani Kintana uzunmüddətli zədədən sonra avqustun 11-də "Neftçi" ilə ilk tur qarşılaşmasında meydana çıxsa da, tezliklə zədələnib. Həmin zədədən sonra onun dönüşü 37 gün çəkib.