
Azərbaycan Premyer Liqasında VI turun "Zirə" - "İnter" matçının uzatma dəqiqələrində iki komandanın futbolçuları arasında insident baş verib. Sportnet.az-ın məlumatına görə, buna meydan sahiblərinin "feyr-pley"ə əməl etməmələri səbəb olub.
"İnter"in qapıçısı Orxan Sadıqlı meydanda zədəli futbolçu olduğu üçün topu kənara vurub. "Zirə" isə oyuna başlayarkən, topu rəqibə atmaq əvəzinə davam etməyə qərar verib. Nəticədə tərəflər arasında toqquşma yaşanıb. Bu zaman "bankirlər"in braziliyalı legioneri Denis Silva Kruz "Zirə"nin hücumçusu Riçard Qadzenin boğazından yapışıb.
Baş hakim İnqilab Məmmədov hər iki oyunçuya sarı vərəqə göstərib.