AFFA İntizam Komitəsi "İnter”in məşqiçisi Cəmaləddin Əliyevi cəzalandırıb.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun gün keçirilən iclasında verilib.
Topaz Premyer Liqasının VI turunda "İnter”lə görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Zirə"yə 800 manat cərimə kəsilib. 88-ci dəqiqədə "İnter”in
futbolçusu İlkin Qırtımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.
Oyun başa çatdıqdan sonra "İnter”in məşqiçisi Cəmaləddin Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub.