Futbol üzrə Azərbaycan I Divizionunda ikinci turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, "Qaradağ Lökbatan" debütant "Sabah"ı yenərək, vahid liderə çevrilib.
Yenə məğlub olan "Zaqatala" isə xalsız yeganə komandadır.
Azərbaycan I Divizionu
II tur
"Qaradağ Lökbatan” - "Sabah” - 2:1
Qollar: Coşqun Süleymanov, 43. Emin Mustafayev, 78 - Şirməmməd Məmmədov, 35
"Xəzər” - "Turan Tovuz” - 4:0
Qollar: Şahin Baleljae, 6-penalti ilə; 34; 82. Əbülfət Abbasov, 77
"Şüvəlan” - "Ağsu” - 3:0
Qollar: Vadim Abdullayev, 8. Yuri Golubko, 32. Şahin Əliyev, 90+4-penalti ilə
"Zaqatala" - MOİK - 1:3
Qollar: Hacı Əhmədov, 73 - Bəhruz Teymurov, 3; 57. Kamil Nurəhmədov, 64
"Mil-Muğan" - "Binə" - 0:2
Qollar: Məhərrəm Hüseynov, 6; 76







































































