
Almaniyanın "Bavariya" klubunun və Hollandiya millisinin futbolçusu Aryen Robben İsveçlə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra yığma karyerasını başa vurduğunu açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, "narıncılar" doğma meydanda İsveçi 2:0 hesabı ilə məğlub etsələr də, top fərqinin daha az olması səbəbindən "pley-off"a vəsiqə qazana bilməyiblər.
Qeyd edək ki, Hollandiya forması ilə 96 matça çıxan 33 yaşlı Aryen Robben 37 qol vurub və 35 məhsuldar ötürmə edib.