1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Joze Alesio Da Silva: "Oyunun videoyazısına baxacağam"
"Oyun gərgin keçdi. Bu da təsadüfi deyil. İlk oyunlar hər zaman gərginliyi ilə yadda qalır. Çətinliyə baxmayaraq, vacib olan qələbəni qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz"ın baş məşqçisi Joze Alesio Da Silva UEFA Kubokunun əsas mərhələsində Bosniya və Herseqovina "Mostar"ını 5:2 hesabı ilə yendikləri ilk tur matçından sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Braziliyalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib. Bununla yanaşı, o, oyunun videoyazısına sabah baxacağını və çatışmazlıqları aradan qaldırmağa çalışacağını söyləyib: "Bu gün çoxsaylı qol epizodlarından istifadə edə bilmədik. Bu da qarşıdakı oyunlarda bizə problem yarada bilər. Ona görə bunun üzərində mütləq işləməliyik. Taktiki planda və intizam baxımından uşaqlardan razı qaldım. Demək olar, dediklərimi icra edə bildilər”.