"Azərbaycan millisindən təklif almağımla bağlı iddia həqiqəti əks etdirmir”.
Sportnet.az xəbər verir ki, bunu "Ajansspor”a açıqlamasında türkiyəli məşqçi Engin Fırat deyib.
Hazırda ABŞ-ın "Dallas” klubuna rəhbərlik edən 47 yaşlı mütəxəssis Moldova və Kosova millilərindən təklif alıdığını bildirib: "Hazırda ABŞ-ın "Dallas” klubundayam. Lakin buradan ayrılacağam. Danışıq apardığım klublar var. Moldova və Kosovadan təklif aldım. Çin liqası da hədəflərim arasındadır".
Qeyd edək ki, Türkiyə mətbuatında E.Fıratın AFFA-0dan təklif alması ilə bağlı xəbərlər yer almışdı. O, məşqçi karyerası ərzində vətənində "Fənarbaxça”"Antalyaspor”, və "Sivasspor” kimi komandalara rəhbərlik etməklə yanaşı, İran millisinin, bu ölkənin "Sepahan”, "Saipa”, Almaniyanın "Ayntraxt” və "Aalen” komandalarının baş məşqçisi olub.