Futbol üzrə Azərbaycan I divizonunda çıxış edən MOİK komandasının baş məşqçisi istefa verib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı mütəxəssis Azərbaycan Kubokunun 1/16 final mərhələsində "Turan Tovuz” üzərində 2:1 hesablı qələbədən sonra postundan gedib. Xəbəri gənc baş məşqçinin özü də təsdiqləyib.
Qeyd edək ki, Ramil Əliyev ötən ilin noyabrından MOİK-in baş məşqçisi idi. (Report)