1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA reytinqi: Millimiz 23 pillə gerilədi
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 23 pillə geriləyib.
Hazırda 273 xala malik komanda 115-ci pillədə qərarlaşıb. Belə zəif nəticəyə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin son 2 oyununda Robert Prosineçkin baş məşqçi olduğu kollektivin Çexiyaya 1:2, Almaniyaya 1:5 hesabı ilə uduzması səbəb olub. Hazırda milli komanda Türkmənistanla Filippin arasında qərarlaşıb.
C qrupundakı rəqiblərdən Almaniya 1631 xalla 1-ci pillədə qalıb. 3 pillə geriləyən Şimali İrlandiya 889 xalla 23-cü, 12 pillə irəliləyən Çexiya 699 xalla 46-cı, 15 pillə irəliləyən Norveç 620 xalla 58-ci, mövqeyini dəyişməyən San Marino isə 10 xalla 204-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Braziliya 1619 xalla 2-ci, Portuqaliya 1446 xalla 3-cü pillədə qalıb. 6 pillə geriləyən Türkiyə isə 807 xalla 33-cüdür.