Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 11-ci qrupda III tur qarşılaşmasında rəqib Bolqarıstan olub. Bolqarıstanın Qorna Oryaxovitsa şəhərindəki "Lokomotiv" stadionunda baş tutmuş qarşılaşan Mirbağır İsayevin rəhbərlik etdiyi kollektivin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisindən hər iki qolu 18-ci və 80+2-ci dəqiqədə Turan Vəlizadə vurub. Meydan sahiblərindən isə 40+2-ci dəqiqədə Vladimir Nikolov fərqlənib.
Qrupun digər oyununda İrlandiya Ukraynaya qalib gəlib - 3:1.
Beləliklə, XI qrupda 3 turdan sonra İrlandiya 9 xalla ilk, Ukrayna 6 xalla 2-ci pilləni tutaraq, elit-raunda yüksəlib. 3 xalı olan Azərbaycan və xalsız qalan Bolqarıstan mübarizəni dayandırıb.