İngiltərənin "Lester" klubu baş məşqçi Kreyq Şekspiri istefaya göndərdiyini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, "Lester Siti” rəsmi olaraq komandanın baş məşqçisini vəzifəsindən göndərib.
Klub ötən qış Klaudio Ranierinin istefasından sonra 53 yaşlı mütəxəssisə tapşırılıb. "Lester" klubu İngiltərə Premyer Liqasına pis başlanğıc edib. "Tülkülər” 8 turda 6 xal toplayıb və turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 21 oktyabrda "Svansi siti” ilə matçda komandaya Maykl Appleton rəhbərlik edəcək.