"İnter"in futbolçusu Samir Zərgərov Azərbaycan Premyer Liqasının IX turunda "Səbail"ə 0:1 hesabı ilə məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Komandanız ardıcıl 3-cü dəfə məğlub oldu. Nə deyə bilərsiniz?
- Komandanın yarısı zədəlidir, yarısı xəstədir. Eyni heyətlə, 11-12 nəfərlə oynamaq çox çətindir. Elə komandalar var ki, heyətlərində 23-24 futbolçu var. Bizdə bu baxımdan çox böyük problemlər mövcuddur.
- Hər məğlubiyyəti bu amilə bağlamaq lazımdır?
- Bağlamaq deyəndə ki, olur da. Uşaqlarımız bəziləri matçlara iynə ilə çıxırlar. Yəni, əlimizdə heyət yoxdur.
- Yəqin ki, "İnter"in iynə-dərman almağa pulu var...
- Buna imkan var. Söz veriblər, gələn həftəyə kimi pullarımızı alacağıq.
- Bu ayın maaşını?
- Nə qədər qalıbsa, hamısını. İki-üç qalıb.
- "Səbail"in qələbəsini layiqli hesab edirsiniz?
- Məncə, pis oynamadıq, bizim də imkanlarımız oldu. Fasilədən sonra daha yaxşı oynayan tərəf biz idik. Qələbə münasibəti ilə "Səbail"i təbrik edirəm.
- Sizcə, komandaya nə motivasiya verə bilər?
- İnşallah, qışdan sonra transferlər olar. Bir oyunçu üçün daim oynamaq çox çətindir. Dəyişikliklə oynadıqca, futbolçular yaxşı formada qalacaq. Belə çox çətindir. Biri zədəli, biri xəstə oynayır.
- Komanda növbəti oyunlara "İnter" yox, "Keşlə" adı ilə çıxacaq. Bu barədə nə deyə bilərsiniz?
- "İnter" mənim üçün doğma komandadır. Artıq 5-ci ildir burdayam. İstəməzdik ki, "İnter" dağılsın. Adlı-sanlı klubdur, Avropada da reytinqi var. "Zirə" və ya "Səbail" də yeni yarananda, insanlar uyğunlaşa bilmirdi. Amma indi "Zirə" deyəndə, hamı normal qaydada qəbul edir. İnşallah, hamı "Keşlə"ni də qəbul edəcək.
- "İnter"in adını dəyişməsinə üzülürsünüz?
- Bəli, 5 il şərəfini qoruduğum komanda tarixdən silincək. Bu baxımdan üzülürəm.
- Bu gün "İnter"in son oyununun olması sizə motivasiya vermirdi?
- Verirdi. Hər oyunda əlimizdən gələni edirik ki, "İnter"i yaşadaq. İndi keçəcəyik "Keşlə"yə.
- Yəqin ki, qışa qədər rəhbərlik komandadan heç nə istəmir...
- Hamımız qələbə qazanmaq istəyirik. Bu gün də pis oynamadıq. "Kəpəz"lə oyuna hazırlaşacağıq.
- Təcrübəli futbolçu olsanız da, demək olar ki, start heyətində yer almırsınız. Bu nə ilə bağlıdır?
- Bu, məşqçinin taktiki gedişi də ola bilər. Həm də "Neftçi" ilə görüşdən sonra neçə gündü məşq etmirdim.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |