
Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan "Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb.
Sportnet.az "Goal.com" saytına istinadən xəbər verir ki, İtaliyanın "Tuttosport” nəşrinin verdiyi mükafatı qazanmağa 3 iddiaçı var: Fransa yığmasının üzvləri – Kilian Mbappe (PSJ) ilə Usman Dembele ("Barselona”) və Braziliya millsinin futbolçusu Qabriel Xesus ("Mançester Siti”).
Mükafatın sahibinin adı oktyabrın 23-də açıqlanacaq.
Qeyd edək ki, 2016-cı ildə "Qızıl oğlan” mükafatına Portuqaliya millsinin üzvü Renatu Santeş layiq görülüb.