
Türkiyə Super Liqasında IX turun mərkəzi görüşü "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçirilib. Sportnet.az-ın məlumatına görə, İstanbuldakı "Türk Telekom Arena"da baş tutmuş matçda qapılara qol vurulmayıb.
"Qalatasaray" oyunu 10 nəfərlə başa vurub. 73-cü dəqiqədə Yunes Belhanda ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Bu matçdan sonra "Qalatasaray" 23 xalla liderliyini qoruyub, "Fənərbağça" isə 15 xalla 6-cı yerdə qərarlaşıb.