Azərbaycanlı futbolçu Fərid Nəbiyev Çexiya "Slaviya"sının heyətində ilk qolunu vurub. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" Futbol Akademiyasının yetirməsi Karvina" ilə səfər matçında fərqlənib.
O, 1:2 hesabı ilə uduzan komandasının 12-ci dəqiqədə yeganə topunun müəllifi olub. Hazırda "Slaviya" 11 oyundan 20 xalla 6-cı pillədə qərarlaşıb. 
Qeyd edək ki, Fərid Nəbiyev "Slaviya"ya sentyabrın 1-də keçib. 









                 





    
    
    
    
    
    
    
    
    






















































