Topaz Premyer Liqasında X turun proqramı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, turun ilk görüşü oktyabrın 27-də keçiriləcək.
Həmin gün lider "Qarabağ" "Səbail"i qəbul edəcək. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda deyil, "Azərsun Arena"da təşkil olunacaq. Əvəzində mərkəzi arenada iki komandanın əvəzedici heyətləri üz-üzə gələcək.
Ertəsi gün 2 oyun olacaq. Saat 15:00-da "İnter Arena"da "Keşlə" komandası (əvvəlki "İnter") "Kəpəz"lə üz-üzə gələcək. Əslində bu görüş Gəncədə keçirilməli idi. Lakin yeni adla ilk oyunu evdə keçirmək istəyən "Keşlə" rəhbərliyi Peşəkar Futbol Liqasına müraciətdən sonra müsbət cavab alıb. Saat 17:00-da isə turun mərkəzi görüşü - "Zirə" - "Qəbələ" qarşılaşması oynanılacaq.
Tura oktyabrın 29-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sumqayıt" matçı ilə yekun vurulacaq. Görüş saat 18:00-da başlanacaq.
Topaz Premyer Liqası, X tur
27 oktyabr
19:00. "Qarabağ" - "Səbail"
"Azərsun Arena"
28 oktyabr
15:00. "Keşlə" - "Kəpəz"
"İnter Arena"
17:00. "Zirə" - "Qəbələ"
Zirə Olimpiya Kompleksinin stadionu
29 oktyabr
18:00. "Neftçi" - "Sumqayıt"
"Bakcell Arena"