
15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Zirə” klubunun üzvü Vüsal Əliyev millidən ayrılıb.
O, zədələndiyi üçün Bakıda keçirilən təlim-məşq toplanışını tərk edib.