
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Albaniyanın paytaxtı Tiranada şəhərindəki Kamza stadionunda Ukrayna komandası ilə qarşılaşan Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv 2:0 hesabı ilə qələbə qazanıb. Qolları 40-cı dəqiqədə Merve Özdemir, 90+3-cü dəqiqədə isə Vüsalə Seyfəddinova vurub.
Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını oktyabrın 28-də İspaniya millisinə qarşı keçirəcək. Kamza stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.