1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PSJ-nin prezidenti rüşvətə görə dindirildi
Fransanın PSJ klubunun prezidenti və "BeIN Media Group” baş direktoru Nasser Əl-Xelaifi İsveçrədə korrupsiya işi ilə əlaqədar müstəntiqlər tərəfindən dindirilib.
Sportnet.az "Associated Press”ə istinadən xəbər verir ki, sorğu-sual tərcüməçi vasitəsi ilə aparıldığı üçün bir neçə saat çəkib. Hazırda qətərli iş adamına qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.
Qeyd edək, oktyabrın 12-də İsveçrənin federal prokurorluğu Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xelaifiyə və FİFA-nın sabiq baş katibi Jerom Valkeyə qarşı cinayət işi açıb. Qətərli funksioner baş direktoru olduğu "BeIN Media Group” şirkəti tərəfindən 2018, 2022 və 2026-cı illərdə keçiriləcək futbol üzrə dünya çempionatlarının yayım hüququnu korrupsiya yolu ilə əldə etməkdə şübhəli bilinir. İstintaq sabiq baş katibərüşvət verilməsi ilə bağlı aparılır.
J.Valke ötən il DÇ-2014-ün bilet satışı zamanı fırıldağa yol verməkdə şübhəli bilindiyi üçün FİFA-nın baş katibi postundan uzaqlaşdırılıb.