Millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" Türkiyə kubokunda 1/16 final mərhələsində səfərdə aşağı liqa təmsilçisi "Altındağ Bələdiyyəspor"la qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, matçın 90 dəqiqəsi qolsuz yekunlaşıb. Əlavə vaxtda da komandalar fərqlənə bilməyiblər. Penaltilərdə isə "Bursasspor" rəqibini məğlub edərək (4:2) 1/8 finala vəsiqə qazanıb.
Yığmamızın hücumçusu Dəniz Yılmaz oyuna start heyətdə başlayıb və 120 dəqiqə meydanda olub. Penaltilər seriyasında ona şans verilməyib.