Şotlandiya I liqasında "İst Fayf" forması ilə çıxdığı bir oyundan sonra dopinq testi müsbət çıxan Ceymi İnsol iki il müddətinə futboldan uzaqlaşdırılıb.
Sportnet-in məlumatına görə, 25 yaşlı futbolçunun kokaindən istifadə etdiyi ortaya çıxıb. Onun müqaviləsi klubu tərəfindən ləğv olunub. Britaniya Anti-Dopinq qurumu futbolçunun etirazını rədd edib.
Qeyd edək ki, Ceymi İnsol 2011-ci ildə bir qarşılaşmada rəqibinə yumruq atıb və onun çənəsini qırıb.