1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Qarabağ"ın Çempionlar Liqasındakı oyunlarının vaxtı dəyişdi
Dünyanın əksər ölkələrində, o cümlədən, UEFA bayrağı altında keçirilən oyunlar gələn həftədən bir saat gec başlayacaq. Sportnet.az-ın məlumatına görə, bu, oktyabrın 29-na keçən gecə təxminən 70 ölkədə saatların əqrəblərinin bir saat geri çəkilməsi ilə əlaqədardır.
Artıq "Qarabağ"ın noyabrın 22-də Çempionlar Liqasında İngiltərənin "Çelsi" klubu ilə keçirəcəyi son ev oyunu saat 20:00-da deyil, saat 21:00-da başlanacaq. Ağdam komandasının oktyabrın 31-də "Atletiko" ilə İspaniyada, dekabrın 5-də isə "Roma" ilə İtaliyada oynayacağı qarşılaşmaların start fiti isə Bakı vaxtı ilə saat 22:45-də deyil, saat 23:45-də çalınacaq. İndi Çempionlar Liqasındakı əksər oyunlar məhz saat 23:45-də başlanacaq.
Avropa Liqasında da eyni hal müşahidə olunacaq. Artıq Qazaxıstanda saat 20:00-da başlanacaq "Astana"nın ev oyunu istisna olmaqla, digər qarşılaşmalar saat 22:00-da və 00:05-də başlanacaq.
Eyni hal 2018-ci il dünya çempionatının "pley-off" oyunlarına da şamil olunacaq. Noyabrın 12-də İsveçrə - Şimali İrlandiya matçı saat 21:00-da, qalan oyunlar saat 23:45-də start götürəcək.