Topaz Premyer Liqasında X turun daha iki görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, ikinci oyun günüdə əvvəlcə "Keşlə" "Kəpəz"i qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Cari çempionatda 2-ci qalibiyyətini əldə edən Gəncə təmsilçisi xallarını 7-ə çatdırsa da, sonunc pillədən qurtula bilməyib. "Kəpəz" bu gün məğlub etdiyi "Keşlə"dən 1 xal və 1 pillə geri qalır.
Günün daha bir matçı "Zirə" və "Qəbələ" arasında keçirilib. Meydan sahibləri matçdan qalib ayrılıblar - 2:1. 43-cü dəqiqədə Cavid Hüseynov qırmızı vərəqə alaraq, "Qəbələ"ni azlıqda qoyub. həmin vaxt "qırmızı-qaralar" 0:2 hesabı ilə geridə olsalar da, fasilədən sonra təsəlli qolunu vurmağa müvəffəq olublar.
Topaz Premyer Liqası, X tur
28 oktyabr (şənbə)
15:00. "Keşlə” – "Kəpəz” 0:2
Qollar: Viktor Oseqeyl, 15. İlyas Səfərzadə, 64
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
Bakı. "İnter Arena”
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Səbail"i məğlub edib - 1:0. Bu gün keçiriləcək "Zirə" - "Qəbələ" matçı isə saat 17:00-da start götürəcək. Tura oktyabrın 29-da "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.
-----------------------------
Futbol üzrə Topaz Premyer Liqasında X tur davam edir.
Sportnet.az xəbər verir ki, ikinci oyun günüdə iki matç baş tutacaq.
İlk görüş "İnter Arena”da olacaq. Burada "İnter” "Keşlə” adı altında "siftə edəcək”. Rəqib isə sonuncu pillədə qərarlaşan "Kəpəz”dir. Zaur Svandadzenin rəhbərlik etdiyi kollektiv birinci dövrədə Gəncə təmsilçisini 3:2 hesabı ilə məğlub edib və bu qarşılaşmanın da favoriti hesab edilir. Hazırda 8 xalla 7-ci sırada yer alan "Keşlə” çempionat matçlarının balansında da rəqibindən üstündür. Bakılılar əvvəlki 27 oyundan 16-da qalib gəlib, 5-də uduzub.
Ümumiyyətlə, son 3 görüşdə meydan sahibi olan tərəf qalib gəlib. Komandalar səfər duelində 9 matçdır qələbə qazana bilmir. "Kəpəz” son 14 oyunda 1 dəfə 3 xala sevinib.
Günün digər dueli iddialılar – 19 xalla ikinci sırada olan "Qəbələ” ilə ondan bir xal və bir pillə geri qalan "Zirə” arasında reallaşacaq. Bu kollektivlərin son 3 qarşılaşmasıda heç-heçə qeydə alınıb. Qəsəbə təmsilçisi ilk dövrədə səfər oyununun 74-cü dəqiqəsində Viktor İqbekoyinin qolu ilə önə keçsə də, Cavid Hüseynov 90+1-ci dəqiqədə hesabı bərabərləşdirib.
"Zirə” 6 oyundur "qırmızı-qaralar”ı məğlub edə bilmir. "Qəbələ” isə 7 matçdır meydanı qolsuz tərk etmir. Zirəlilər əvvəlki 9 oyundan 2-də qalib gəlsə də, 3 dəfə uduzub.
Qeyd edək ki, X tura oktyabrın 29-da keçiriləcək "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.
Topaz Premyer Liqası
X tur
28 oktyabr (şənbə)
15:00. "Keşlə” – "Kəpəz” - 0:2
Qol: Viktor Oseqeyl, 15. İlyas Səfərzadə, 64
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
"İnter Arena”
17:00. "Zirə” – "Qəbələ” - 2:1
Qollar: Milan Duriç, 19-penalti ilə. Sadio Tounkara, 38
Qırmızı vərəqə: Cavid Hüseynov, 43 ("Qəbələ")
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Vüsal Əliyev
Zirə İdman Kompleksinin stadionu