İspaniyanın "Barselona" klubu "Atletiko"nun futbolçusu Antuan Qrizmannla danışıqlar aparıb.
Sportnet.az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, kataloniyalılar 25 yaşlı hücumçu ilə gələn yay müqavilə bağlamaq istəyirlər. Fransalı forvardın özü də belə bir klubun ona maraq göstərməsini məmnunluqla qarşılayıb.
Qeyd edək ki, "Barselona" Antuan Qrizmannını hələ ötən yay almaq istəyib. Lakin həmin vaxt dəbbə pulu 200 milyon avro olub. Gələn yay isə bu məbləğ iki dəfə enəcək.