1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Əliyev: “Qarabağ”la “Səbail”i müqayisə etmək düz deyil"
"Qarabağ”ı təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. İlk hissədə daha yaxşı oynadıq. Dirəkdən dəyib qayıdan topumuz oldu. Ən azı bir xal qazanacağımıza ümid edirdik. Lakin təssüf ki, alınmadı”.
Sportnet.az xəbər verir ki, bunu "Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının X turunda "Qarabağ”a 0:1 hesablı məğlubiyyət haqda danışarkən deyib. 38 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ” səviyyə baxımından üstün olduğu üçün qalib gəlib: "Azlıqda qalsa da, rəqib bizdən üstündür. Düzdür, elə də çox imkanları olmadı. Lakin istədiklərini edirdilər. Ustalıq amilini qeyd edərdim. Rəqib hücumların çoxunu sol cinahdan qurur. Ansi Aqolli çıxdıqdan sonra Riçard Almeyda orada oynadı. Qol sol cinahdan vurulmasa da, oranı bağlaya bilmədik. Konfransa gec gəlməyim bəzi futbolçulara iradımı bildirməklə bağlı idi. Səhvlərini söylədim”.
Əliyev "Səbail”n qorxaq futbol oynaması ilə razılaşmadığını deyib: "Rəqib bizə imkan vermədi. Bu gün "Qarabağ”la "Səbail”i müqayisə etmək düz deyil. Komanda oyundan-oyuna irəliləyəcək”.