1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasov: "Referiyə iki məsələyə görə etiraz etdim"
"İki fərqli hiss gördük. Birinci hissədə "Sumqayıt"a "Neftçi" qol imkanı verdi. Fasilədən sonra fərqli oyun oldu. Sonadək oyunu nəzarətdə saxlamaq istəyirdik. Birinci hissədə bu, alınırdısa, ikinci hissədə isə pis oynadıq. Futbolçularımız rahatlaşdılar. İstədiyimizi görə bilmədik".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının X tur matçından sonra CBC Sporta açıqlamasında deyib.
Gənc mütəxəssis görəcək işlərinin hələ irəlidə olduğunu söyləyib: "Əl-qolumuzu aşağı salmırıq. Görəcək işlərimiz var".
Abasov oyundan sonra hakimə iki səbəbdən etiraz etdiyini açıqlayıb: "Birincisi, bu, emosionallığından irəli gəlirdi. Baş məşqçi emosional olmalıdır ki, bu, futbolçularına da sirayət etsin. Digər narazılığım sarı vərəqələrə görə idi. Bəzi epizodlarda referi Rauf Cabbarov futbolçuları qorxudurdu. Çempionatın ən məhdud heyətinə malik komandasıyıq. Sarı vərəqələr göstərildikcə, futbolçularımız cəzalı duruma düşə bilərlər".