Meksikanın Gerrero ştatının Çilpansinqo şəhərində həvəskar komandalar arasındakı oyun zamanı naməlum şəxslər azarkeşlərə atəş açıblar. Sportnet.az-ın "MVC Noticias"a istinadən verdiyi məlumata görə, hücum edənlər 4 nəfər olub.
Hadisə nəticəsində yaralanan 3 nəfərdən 2-si sonradan dünyasını dəyişib. 3-cü zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir. İnsidentin səbəbi və şübhəli şəxslər açıqlanmır.
Qeyd edək ki, Meksika hökuməti Gerreronu bu il ölkənin ən təhlükəli regionu adlandırıb. Yanvar - sentyabrda bu ştatda 1720 qətl hadisəsi baş verib.