1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA-dan Azərbaycan millisi üçün yeni liqa
FİFA yığma komandaların yoldaşlıq görüşlərinin Dünya Liqası ilə əvəzlənmə variantını nəzərdən keçirir.
Sportnet.az-ın Nigeriyanın "This day" portalına istinadən verdiyi məlumata görə, turnirin il ərzində keçirilməsi, ölkələrin isə ali futbol qurumunun reytinqinə əsasən 3 diviziona bölünmələri təklif olunub.Yeni turnirin yaradılma zərurəti yoldaşlıq görüşlərinin klublararası çempionatlardan daha az populyarlaşması ilə əlaqədardır.
Dünya Liqası UEFA-nın təşkil edəcəyi Millətlər Liqasına bənzəyəcək. Belə bir turnirin yaradılması Argentina və Braziliya futbol assosiasiyalarının narazılıqlarına səbəb olub. Onlar Avropa yığmaları ilə sərfəli şərtlərlə yoldaşlıq görüşlərinin keçirilməsinin çətinləşəcəyini düşünürlər. İlk Dünya Liqasının 2019-cu ildə təşkili nəzərdə tutulub.
Qeyd edək ki, 2018-ci ildə keçiriləcək Millətlər Liqasına Avropadan 55 ölkə yığması qatılacaq. Onlar UEFA reytinqinə əsasən, A, B, C və D divizionlarına bölünəcəklər. Hər bir divizionda 4 qrup olacaq. Püşkatma 2018-ci il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində təşkil ediləcək. Bu turnir 2020-ci il Avropa çempionatına 4 vəsiqə verəcək. Azərbaycan yığması D Divizionunda yer alacaq.