1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Tərlan Əhmədov "Neftçi"yə məğlubiyyətin əvəzini "Neftçi"də çıxdı
"Neftçi”nin ev oyunlarındakı qələbə həsrəti sona çatıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu Topaz Premyer Liqasındakı uğursuz seriyanı X turda qırıb. "Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən bakılılar 197 gündən sonra doğma azarkeşləri önündə 3 xal qazanıb.
Mövsümdə ilk dəfə öz meydanında qalib gələn "ağ-qaralar”ın son uğuru aprelin 15-də qeydə alınmışdı. Hazırkı baş məşqçi Tərlan Əhmədovun həmin vaxt rəhbərlik etdiyi AZAL-ı 4:0 hesabı ilə məğlub edən "Neftçi” sonrakı 4 ev oyununda uğursuzluq zolağına düşmüşdü. "Qarabağ”a ötən mövsümün sonunda 1:2, cari çempionatın startında 1:3 hesabı ilə uduzan "ağ-qaralar” "Kəpəz”lə qolsuz heç-heçə edib, "Zirə”yə də yenilmişdi – 1:2.
Qeyd edək ki, öz meydanındakı 4 oyunluq qələbəsizliyə son qoyan paytaxt klubu ümumilikdə ardıcıl 4-cü dəfə qalib gəlib.