Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki dünyanın ən yaxşı futbolçusunu müəyyənləşdirərkən, ilk "3-lük"lə bağlı seçimini şərh edib.
Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis Lionel Messini Kriştianu Ronaldudan da üstün oyunçu adlandırmasının səbəbini açıqlayıb: "Messinin dünyanın ən yaxşı futbolçusu olduğundan heç bir şübhəm yoxdur. İkinci yer isə Kriştianu Ronaldunundur".
Prosineçki həmyerlisi Luka Modriçi üçüncü pilləyə layiq görməsini isə belə əsaslandırıb: "Mən ona yalnız ikimizin də eyni ölkədən olduğumuz üçün səs versəydim, öz inanclarımın əksinə olardım. Modriç tarixdə ən güclü xorvatiyalı futbolçudur. Xüsusən son 3 ildə karyerasında əldə etdiyi uğurlar onun ən dahi olduğunu deməyə əsas verir. Modriçin kubokları qarşısında baş əymək lazımdır. O, son iki ilin ən güclü komandasında çıxış edir. Luka həm də sözün həqiqi mənasında ən yaxşı xorvatiyalı futbolçudur. Onu ötmək çətindir".