
Qurban Qurbanovun Azərbaycan milli komandasına baş məşqçi təyin olunması rəhbərlik etdiyi "Qarabağ”da sevinclə qarşılanıb.
Sportnet.az xəbər verir ki, bununla bağlı Ağdam təmsilçisinin "facebook” səhifəsində paylaşım edilib. Klubun bazasında 45 yaşlı mütəxəssisin yığmanın baş məşqçisi postuna təyin edilməsi ilə əlaqədar tort kəsilib.
Qeyd edək ki, AFFA Q.Qurbanovla 6 illik müqavilə bağlayacaq.