
"Bir az həyəcan var idi. Qurban müəllim və stadionda olan təcrübəli futbolçulara təşəkkürümü bildirirəm. Mənə kömək etdilər. Onların sayəsində 10-cu dəqiqədən sonra həyəcan keçdi".
Bunu Sportnet.az-a "Qarabağ"ın futbolçusu İbrahim Aslanlı Topaz Premyer Liqasının XI turunda Gəncədə "Kəpəz" üzərində 2:0 hesablı qələbə qazandıqları görüşdən sonra deyib. Ağdam təmsilçisinin əsas heyətində debüt edən gənc futbolçu zədələnərək oyunu davam etdirə bilmədiyi üçün üzüldüyünü ifadə edib: "Əsas odur ki, komanda qələbə qazandı. Bizə də bu lazım idi. Mən də istəyirdim ki, sona qədər meydanda olum. Zədələndim və oyuna davam edə bilmədim. Düşünürəm ki, daha da yaxşı olacaq. Bu, hələ başlanğıcdır. Yığmaya dəvət almaq da hələ mənim üçün tezdir".
Aslanlı baş hakim Rəhim Həsənovun "Qarabağ"ın qapısına təyin edib, sonra ləğv etdiyi penaltiyə də toxunub: "Orda penalti yox idi. Oyunçu boş-boşuna tullanmışdı. Baş hakim penalti verə də bilərdi. Yaxşı ki, qərarı dəyişdi".