
"Kəpəz"in futbolçusu Kərim Diniyevin zədəsi nəzərdə tutulduğundan da tez sağalıb. Bu barədə Sportnet.az-a 24 yaşlı yarımmüdafiəçinin atası və komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib.
51 yaşlı mütəxəssisin sözlərinə görə, oğlu "Kəpəz"in məşqləri bərpa edəcəyi gün - noyabrın 10-da çalışmalara başlayacaq. Bu isə o deməkdir ki, oyuçu yarım ay tez sıralara dönəcək.
Qeyd edək ki, Topaz Premyer Liqasının X turunda "Keşlə” ilə səfər oyununda Kərim Diniyevin sağ dizi burxulub. MRT müayinəsindən keçən yarımmüdafiəçinin zədəsinin ciddi olduğu və təxminən 20-25 gün məşq edə bilməyəcəyi müəyyənləşib. Bundan əlavə, futbolçunun meniskində ikinci dərəcəli degenerasiya və ön çarpaz bağda birinci dərəcəli gərilmə üzə çıxıb.