"Neftçi”nin U-19 komandası Gənclər Liqasında növbəti oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, komanda 8-ci turda "Qəbələ” ilə qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilmiş matçda qapılara qol vurulmayıb – 0:0.
Paytax klubunun U-16 komandası da "Qəbələ” klubu ilə üz-üzə gəlib. U-16 Liqasının 9-cu turu çərçivəsində Qəbələ şəhər stadionunda keçirilmiş oyunda da hesab açılmayıb – 0:0.









































































